31 C
Baku
Monday, June 17, 2024

Azərbaycanda neft hasilatı 8%-dən çox azalıb, qaz hasilatı isə 4%-ə yaxın artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-oktyabr aylarında 55.6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2.4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7.4 faiz artmışdır.

Banker.az DSK-ya istinadən xəbər verir ki, sənaye məhsulunun 68.1 faizi mədənçıxarma sektorunda, 26.6 faizi emal sektorunda, 4.4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8.1 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 3.6 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 92.2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 65.0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33.9 faiz, maşın və avadanlıqların istehsalı 30.2 faiz, tikinti materiallarının istehsalı 29.7 faiz, poliqrafiya məhsullarının istehsalı 28.9 faiz, içkilərin istehsalı 27.2 faiz, hazır metal məmulatlarının istehsalı 23.0 faiz, kağız və karton istehsalı 21.1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19.8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 11.4 faiz, qida məhsullarının istehsalı 10.7 faiz, mebel istehsalı 9.5 faiz, neft məhsullarının istehsalı 9.4 faiz, kimya sənayesi məhsullarının istehsalı 8.1 faiz, elektrik avadanlıqlarının istehsalı 7.8 faiz, əczaçılıq məhsullarının istehsalı 4.6 faiz, tütün məmulatlarının istehsalı 3.8 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8.8 faiz, geyim istehsalı 12.3 faiz, sair sənaye məhsullarının istehsalı 13.4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 16.2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 19.3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 25.4 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2.2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14.9 faiz artmışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər