28 C
Baku
Wednesday, July 24, 2024

Azərbaycanda neft sektoru üzrə mənfəət vergisi daxilolmaları 5 dəfə artıb

2022-ci ildə Azərbaycanda neft sektoru üzrə mənfəət vergisi daxilolmaları 5 910.3 milyon manat olub ki, bu da proqnoza nisbətən 3 020.3 milyon manat və yaxud 2 dəfə, 2021-ci illə müqayisədə isə 4 759.4 milyon manat və yaxud 5.1 dəfə çoxdur

Bu barədə “2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da bildirilir.

Sənədə əsasən, daxilolmaların 8.7 %-i və yaxud 516.4 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR), 91.3 %-i və yaxud 5 393.9 milyon manatı neft-qaz sahəsində hasilatın pay bölgüsü üzrə podratçı təşkilatların payına düşüb.

Neft sektoru üzrə mənfəət vergisinin artması xam neftin ixrac qiymətinin dövlət büdcəsinin hesablanması zamanı təsdiq edilmiş göstəricidən 21.9 % (fakt 103.6 ABŞ dolları), təbii qazın qiymətinin isə 2 dəfə (fakt 1439.5 EURO) çox olması ilə əlaqədar Azərbaycanın ərazisində xam neftin və təbii qazın hasilatı ilə məşğul olan ödəyiciləri və SOCAR üzrə mənfəət vergisinin artması ilə bağlıdır.

ƏDV üzrə 5 718.7 milyon manat proqnoza qarşı icra 6 946.2 milyon manat və yaxud 1 227.5 milyon manat (21.5 %), 2021-ci illə müqayisədə isə 1 731.8 milyon manat və yaxud 33.2 % çox olub.

ƏDV üzrə daxil olan vəsaitin 94.8 %-i və yaxud 6 584.5 milyon manatı qeyri-neft sektorunun, 5.2 %-i və yaxud 361.7 milyon manatı neft sektorunun payına düşüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər