5 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Azərbaycanda niyə banklar müştərilərinə kredit ödənişlərində güzəşt etmirlər?

Koronavirusun (COVİD-19) fəsadları bütün dünya ölkələri kimi Azərbaycandan da yan keçməmişdir. Artıq Nazirlər Kabinetinin yanında xüsusi qərargahın göstərişlərinə əsasən əhalinin böyük bir hissəsi əmək haqqı saxlanılmaqla məzuniyyətə göndərilmişdir. Virusun yayılmasının qarşı alınması üçün insanların çölə çıxmaması tövsiyyə edilir. Bu proseslərin fonunda redaksiyamıza olan müraciətlərin çoxu kredit ödənişlərində güzəştlərlə bağlı olmuşdur.

Bu mövzuda olan əvvəlki yazılarmızda biz bildirmişdik ki, bu cür güzəştlər bankar tərəfindən müştərilərə Gürcüstan, Türkiyə və Rusiyada artıq verilməyə başlamışdır. Lakin, Azərbaycan banklarından bu istiqamətdə hələ ki bir tərpəniş müşahidə edilmir. Yeganə müşahidə etdiyimiz  güzəşt Azərbaycan Beynəlxalq Bankı tərəfindən təqaüdçülərə istifadə müddəti bitmiş kartlar üzrə istifadənin davam etdirilməsi ilə bağlı güzəşti olmuşdur.

Bu məsələdə Banker.az olaraq onu qeyd etməliyik ki, bu məsələ tam banklardan asılı deyildir. Onun nəzərə alınmalı bir neçə tərəfi vardır ki banklar bu addımı atmaqda həvəsli deyillər. Onlar aşağıdakılardır:

  • Hazırda qüvvədə olan bank qanunvericiliyinə görə banklar hər gecikməyə düşən müştəriyə görə, gecikmə günündən asılı olaraq ehtiyat yaratmalıdırlar. Yəni bank öz qazandığı pulun bir hissəsini ehtiyat kimi kənara qoymalıdır. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda istehlak kreditlərinin ümumi portfeli təxminən 6 mlrd. manatdır (bura ipoteka və biznes kreditləri aid deyildir). Və bu 6 mlrd. kreditin hər ay ödəniş etməsi gərəkdir, ödəniş olmursa onlar artıq gecikmə günləri hesablanmağa başlayır və gecikmə gününə uyğun bank kreditin həcmindən asılı olaraq ehtiyat yaratmalı olacaq.
  • Məsələnin ikinci tərəfi isə bankların bu qədər vəsaitdən asanlıqla imtina etməsi onların fəaliyyəti üçün ciddi fəsad və risklər yaradır. Yuxarıda qeyd etdiyimiz 6 mlrd. vəsaitin orta müddət üzər yəni 2 il üzrə aylıq ödənişinin həcmi 300 mln. manatdan bir qədər artıqdır. Nəzərə alsaq ki bankın fəaliyyətində hər manatın qeydiyyatı sistemli qaydada gedir, o zaman bu 300 mln. manat banklara daxil olmazsa depozit götürən, pul köçürən və s. şəxslərə vəsaitlərin verilməsində problemlər yarana bilərki bu da ümumilikdə bank sistemində panika və müflisləşmə ilə nəticələnə bilər.

Öz tərəfimizdən biz bu prosesi ən azından mərhələli şəkildə aparılmasının məqsədə uyğun hesab edirik. Yəni bank ilkin mərhələdə yalnız koronavirus xəstəliyinə yoluxmuş və yara karantində olan şəxslərə ödənişlərdə güzəştlərin edilməsindən başlaya bilərdir. Yəqinki belə şəxslərin müəyyən bir reestri vardır və banklara sadəcə bu reestrə girişin verilməsi bu prosesin həllində atılmış real addım hesab etmək olardı.

Yuxarıdakıları nəzərə alaraq bu qənaətə gəlmək olarki, bu məsələdə əsas addım Mərkəzi Bank və dövlət tərəfindən atılmalıdırki bankların arxayın ola biləcəkləri nöqtələr olsun. Düşünürük ki b vaxta qədər bu addımların atılması üçün kifayət qədər vaxt var idi, lakin hələki ortada real əmək görünmür. Buna səbəb kimidə ehtimal edirik ki, hökumət tərəfindən görüləcək tədbirlərin paket halında təqdim edilməsinə görə gecikir. Yəni ola bilər ki, Mərkəzi Bank artıq atılacaq addılmlarla bağlı öz təkliflərini vermişdir, lakin digər sahələr üzrə (kiçik və orta sahibkarlıq və s.) təkliflər tam hazır olmadığına görə gecikmələr baş verir.  Nazirlər Kabineti yanında yaradılmış xüsusi qərargahın məlumatına görə, bu paket üzrə açıqlamalar təxminən aprel ayının birinci 10 günlüyündə verilməlidir.

Son xəbərlər
Oxşar xəbərlər