10 C
Baku
Friday, December 27, 2024

Azərbaycanda Norveç kapitallı BOKT yüksək faizlə borc cəlb edir

Azərbaycanda fəaliyyətdə olan Norveç kapitallı bank olmayan kredit təşkilatı “Viator Mikro Kredit Azərbaycan” MMC istiqraz emissiya edəcək.

Bu barədə Banker.az BOKT-un elan etdiyi emissiya prospektinə istinad edir.

Qeyd edilir ki, hər birinin nominal dəyəri 1000 manat olan və 350 ədəd olan faizli, təmin edilmiş, sənədsiz, adlı istiqraz buraxılacaq.

Bu istiqrazların ümumi dəyəri isə 350 min manat təşkil edəcək.

Istiqrazların illik ödəniş faizi 14% təşkil edəcək.

İstiqrazlar 540 gün müddətində dövriyyədə olacaq.

Xatırladaq ki, “Viator Mikro Kredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.

Son xəbərlər
Digər xəbərlər