28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda, ölkəyə idxal edilən geyim əşyalarının azalmasının əksinə, geyim istehsalı artıb

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 378 milyon manat dəyərində məhsul istehsal edilib.

Banker.az Dövlət Statistika Komitəsinin  aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə geyim istehsalında 33,7%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 7,9%, toxuculuq sənayesində isə 6,1% artım müşahidə olunub.

Həmçinin qeyd edək ki, ölkədə geyim istehsalının artmasının əksinə, xaricdən Azərbaycana gətirilən geyim əşyalarının dəyərində cari ildə azalma müşahidə olunub.

Belə ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 177 milyon 80 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57 milyon 604 min ABŞ dolları (24.5%) azalma deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər