27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda onlayn səhm və istiqraz ticarəti platforması ilin 1-ci yarısı hazır olacaq – AMB bildirir

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən kapital bazarının infrastrukturunun təkmilləşdirilməsi üzrə davamlı tədbirlər icra edilməkdədir.

Bunu Banker.az-ın sorğusuna cavab olaraq AMB-dən bildiriblər. Sual ondan ibarət idi ki, səhm və istiqrazların onlayn alğı-satqısı üçün platformanın hansı tarixdən hazır olacaq.

Mərkəzi Bankdan bildirilir ki, bu istiqamətdə icra edilməkdə olan layihələrdən biri də kapital bazarında ticarət və ticarətsonrası prosesləri əhatə edən mərkəzləşdirilmiş əməliyyat sisteminin qurulmasıdır.

“Qeyd edilən əməliyyat sistemi qabaqcıl texnoloji yeniliklərə əsaslanır və sistemin tətbiqi nəticəsində investorların fond birjasında məsafədən ticarət imkanlarının təmin edilməsi mümkün olacaqdır”-deyə, AMB-dən bildirilir.

1 fevral 2023-cü il tarixindən Azərbaycanda 5 il müddətində yalnız kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.

Azərbaycanda istiqrazlar və səhmlər fiziki olaraq alışını anderraytinqlər, yəni investisiya şirkətləri vasitəsi ilə mümkün olsa da, onlayn olaraq ölkə birjasında bunu etmək mümkünsüzdür.

Banker.az 2022-ci ilin iclasında AMB sədri Taleh Kazımova bununla bağlı sorğu edərkən, bildirilmişdi ki, fond bazarında elektron qaydada satışın təşkil olunması üçün bir neçə investisiya şirkəti ilə danışıqlar aparılır.

T.Kazımov “orta müddətdə” bu istiqamətdə yeni məlumatlar verəcəyini bildimişdi. Əlavə etmişdi ki, “biz də istərdik ki, qiymətli kağızlar bazarında rəqəmsal səhmlər və istiqrazların alınıb-satılması həyata keçirilsin”.

AMB-dən sorğumuza cavab olaraq bildirilir ki, layihənin cari ilin 1-ci yarısında başa çatdırılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər