22 C
Baku
Friday, May 24, 2024

Azərbaycanda onlayn sığorta sistemi

Azərbaycanda Maliyyə Nazirliyinin təsdiqlədiyi “2015-2017-ci illərdə sığorta bazarının inkişafı üzrə Tədbirlər Planı”na uyğun olaraq onlayn sığorta sisteminin tətbiqinə başlanılır.

Maliyyə Nazirliyinin lisenziyalaşdırma, ərizə və şikayət şöbəsinin rəisi Mahir Abdullayev bugünkü mətbuat konfransında bildirib ki, hazırda Azərbaycanda məcburi sığorta növlərinin inkişafı məsələsi gündəmdədir və sığorta polislərinin onlayn almaq imkanını təqdim edən sistemin tətbiqi bu sahədə yeniliklərdən biri olacaq.

“Bununla bağlı “Məcburi sığorta növləri haqda” qanuna müvafiq dəyişikliklərin və əlavələrin hazırlanması, həmçinin “Elektron sığorta” portalının yaradılması gözlənilir”, – deyə M. Abdullayev bildirib.

Qafqazinfo

Son xəbərlər
 ⁠
Digər xəbərlər