12 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Azərbaycanda orta aylıq əməkhaqqı 2 manatdan çox azalıb

2021-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17.7 min nəfər və ya 1.1 faiz artaraq 1699.3 min nəfər olmuş, onlardan 903.6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 795.7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19.2 faizi təhsil, 18.6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12.9 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7.6 faizi tikinti, 6.6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1.8 faizi maliyyə və sığorta fəaliyyəti, 13.8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2021-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.3 faiz artaraq 723.2 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Qeyd edək ki, 2021-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 725.6 manat olmuşdur. Belə ki, sentyabrda orta aylıq əməkhaqqı 2.4 manat azalıb.

Son xəbərlər
Oxşar xəbərlər
X