8 C
Baku
Friday, December 6, 2024

Azərbaycanda orta aylıq əməkhaqqı azalıb

2020-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44.3 min nəfər və ya 2.7 faiz artaraq 1 685.3 min nəfər olmuş, onlardan 914.9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 770.4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19.5 faizi təhsil, 18.2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13.1 faizi sənaye, 8.2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 8 faizi tikinti, 6.6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.4 faizi peşə, elmi və texniki fəaliyyət, 1.8 faizi maliyyə və sığorta fəaliyyəti, 13.2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14.7 faiz artaraq 704.5 manat olmuşdur. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 706.6 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Son xəbərlər
Digər xəbərlər