25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda orta maaş açıqlandı

2021-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0.7 faiz azalaraq 724 manat təşkil etmişdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əməkhaqqı neft-qaz sektorunda 3 215.9 manat, qeyri neft-qaz sektorunda 672.6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 635.5 manat, özəl müəssisələrdə isə 832.1 manat olmuşdur.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Son xəbərlər
Digər xəbərlər