Azərbaycanda orta saatlıq əməkhaqqı yüksəlib – Son göstəricilər bunu deyir

Azərbaycanda muzdla çalışanların hesablanmış orta saatlıq əməkhaqqı 2026-cı ilin yanvar-avqust aylarında təxminən 7,99 manat olub. Bu, 2025-ci ilin eyni dövründəki 7,58 manatdan 5,5% çoxdur.

Banker.az hesablamanı Dövlət Statistika Komitəsinin açıqladığı orta aylıq nominal əməkhaqqı və bir işçiyə düşən orta aylıq işlənmiş saatlar əsasında aparılıb. 2026-cı ilin ilk səkkiz ayında orta aylıq əməkhaqqı 1 173 manat, işlənmiş vaxt isə 146,8 saat təşkil edib. Bir il əvvəl bu göstəricilər müvafiq olaraq 1 093,8 manat və 144,4 saat olub.

Beləliklə, aylıq nominal əməkhaqqı illik müqayisədə 7,2% artsa da, orta aylıq iş vaxtı da 1,7% yüksəlib. Bu dəyişikliklər nəzərə alındıqda, bir saata düşən nominal əməkhaqqının artımı aylıq göstəricidən aşağı olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər