12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycanda ötən il 12 mindən çox dövlət satınalması olub

2022-ci ildə Azərbaycanda ümumilikdə 12 102 sayda satınalma tətbiq edilməklə 6 779.2 milyon manat məbləğində satınalma müqavilələri “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş metodlar tətbiq edilməklə bağlanılıb ki, bu da 2021-ci illə müqayisədə satınalmaya cəlb edilmiş məbləğdən 767.5 milyon manat və yaxud 12.8 % çox, say baxımından 27 ədəd və yaxud 0.2 % azdır.

Bu barədə Hesablama Palatasının “2022-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata” verdiyi rəydə bildirilir.

“Hesabat ilində ÜDM-in, həmçinin dövlət büdcəsinin xərclərinin artımı fonunda, satınalmaya cəlb edilmiş vəsaitin həcmində artma müşahidə edilib ki, əvvəlki illə müqayisədə satınalma məbləğinin ÜDM-ə nisbət göstəricisi 1.5 faiz bəndi, xərclərə nisbəti isə 0.8 faiz bəndi azalmaqla müvafiq olaraq 5 % və 21.1 % bəndi təşkil edib. Bu göstəricilər son illərdə ən aşağı göstərici olub. 1-ci nisbətin azalması neftin qiymətinin yüksək olması səbəbindən ÜDM-in yüksək məbləğlə ifadə edilməsi ilə əlaqələndirilə bilsə də, digər göstəricidə olan azalma suallar yaradır.

Belə ki, əksər ölkələrdə dövlət satınalmaları dövlət büdcəsinin 30-42 %-i qədərdir. Aparılmış nəzarət tədbirləri göstərir ki, bəzi xərclərin satınalma keçirilmədən aparılması, xərc əməliyyatlarının xəzinə müşayiəti ilə aparılmaması və bir mənbədən satınalma metodunun tətbiqi ilə bağlı qeydiyyatın-uçotun tam olmaması dövlət satınalmalarının dövlət büdcə xərclərində xüsusi çəkisinə təsiri olub. Təqdim edilmiş məlumatlara görə, il ərzində satınalma metodlarının say baxımından 40.5 %-i ilin I yarısında, 59.5 %-i isə II yarısında tətbiq edilib. Məbləğ ifadəsində bu göstəricilər 44.1% və 55.9% olub. Keçirilmiş satınalmaların məbləğ baxımından 2022-ci ilin rübləri üzrə dinamika belə olub: Dövlət satınalmalarının məbləğ ifadəsində 35.1 %-i və ya 2379.9 milyon manatı, o cümlədən açıq tender üzrə satınalmaların 28.2%-i və ya 628.5 milyon manatı, elektron açıq tender üzrə satınalmaların 43 %-i və ya 517.5 milyon manatı, kotirovka sorğusu üzrə satınalmaların 44.1 %-i və yaxud 30 milyon manatı, təkliflər sorğusu üzrə satınalmaların 68.7 %-i və ya 689.0 milyon manatı, bir mənbədən keçirilən satınalmaların 22.6 %-i və yaxud 515 milyon manatı ilin IV rübünü əhatə edib”, – deyə sənəddə qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər