20 C
Baku
Bazar, Oktyabr 17, 2021

Azərbaycanda otellər ən çox hansı rayonlarda yaradılıb? – SİYAHI

2019-cu ildə ölkədə 642 otel qeydiyyatdan keçib. Azərbaycanda yaradılan bu yeni otellər ən çox Bakı şəhəri, Quba-Xaçmaz iqtisadi rayonu, Şəki-Zaqatala iqtisadi rayonlarının payına düşür.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bakıdan sonra ikinci yerdə ən çox otelin qeydiyyatdan keçdiyi iqtisadi rayonu Quba-Xaçmazdır. 2019-cu ildə Quba-Xaçmaz iqtisadi rayonunda 102 yeni otel yaradılıb ki, bu da 2018-ci ilin eyni dövrüylə müqayisədə 3 yeni otelin qeydiyyatdan keçməsi deməkdir.

Üçüncü yer isə 77 yeni otel olmaqla Lənkəran iqtisadi rayonunun payına düşür. 2018-ci ildə isə Lənkəranda 75 otel yaradılıb.

Bildirək ki, 2019-cu ildə 65 otel Şəki-Zaqatala , 46 otel isə Gəncə-Qazax iqtisadi rayonunda qeydiyyatdan keçib.

OTELL RAYONLAR

Son xəbərlər
Oxşar xəbərlər