Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən ərazilər müəyyən edilib

Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən ərazilər müəyyən edilib.

Bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, ov yalnız ovçuluq təsərrüfatlarında və xüsusi müəyyən olunmuş ov sahələrində aparılır: “Lakin cəbhə bölgəsinə yaxın olan inzibati rayonların ərazilərində, eləcə də Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və digər yaşayış məntəqələrinin, həmçinin kurortların ətrafında 1.5-2 kilometrə qədər olan sahələrdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və onların sanitariya-mühafizə zonalarında qadağan edilir”.

O, həmçinin ov etmək hüququnun hansı hallarda məhdudlaşdırıldığını da deyib: “Ov etmək üçün ov icazəsinin vaxtı qurtardıqda, ovçuluq fəaliyyəti dayandırıldıqda, icazəsiz ov etdikdə, heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda həmin şəxsin ov etmək hüququ məhdudlaşdırılır”.

©APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları