9 C
Baku
Friday, December 27, 2024

Azərbaycanda özəl sektorun kreditləşməsi yenidən artıb

Azərbaycanda özəl sektora (ev təsərrüfatlarına kreditlər də daxil olmaqla) kredit qoyuluşu 19 604.8 mln manat olub. 2019-cu ilin eyni dövründə isə bu göstərici 19 444.3 mln.manat idi ki, bu da bir ildə özəl sektora kredit qoyuluşunun 0.8% artması deməkdir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2021-ci ilin fevral ayında cəmi kredit qoyuluşu 14 619.5 mln manat olub ki, bunun 868.6 mln manatı dövlət sektoruna, 12 833.5 mln manatı isə özəl sektora verilən kreditlər təşkil edib. Dövlət sektora verilən kreditlər 2019-cu il ilə müqayisədə 4% azalıb.

Özəl sektora verilən kreditlərdən 6 771.3 mln manatını isə ev təsərrüfatlarına verilən kreditlər təşkil edib.

Son xəbərlər
Digər xəbərlər