23 C
Baku
Tuesday, May 28, 2024

Azərbaycanda pay torpaqlarının sənədləşdirilməsi vaxtından əvvəl başa çata bilər

Azərbaycanda mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi nəzərdə tutulandan tez yekunlaşa bilər.

Banker.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Belə ki, ötən ilin dekabr ayından 18 aprel 2022-ci il tarixinədək mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarına sahib olan 17 742 ailənin ərizəsi qəbul olunub. 9 521 torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb.

Qeyd edək ki, görülən işlər Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası olaraq həyata keçirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər