20 C
Baku
Sunday, October 13, 2024

Azərbaycanda payızlıq buğda əkini azalıb

Azərbaycanda 2024-cü ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il yanvar ayının 1-i vəziyyətinə 1 milyon 25.4 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Səpin aparılmış sahənin 99 faizini və yaxud 1 milyon 15.6 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 598.3 min hektarı buğda, 417.1 min hektarı arpa, 161 hektarı isə çovdar əkinlərinin payına düşür.

Bununla da buğdanın əksin sahələri illik müqayisədə 7.4 faiz azalıb.

2023-cü ilin eyni dövrünə səpin aparılmış sahənin 98.7 faizini və yaxud 1 milyon 41.15 min hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 646.22 min hektarı buğda, 394.76 min hektarı arpa, 160 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Cəlilabad (56.6 min ha), Füzuli (32 min ha), Şamaxı (29.3 min ha), Hacıqabul (24.6 min ha), Şəki (24.1 min ha), İsmayıllı (21.2 min ha), Ağcabədi (20 min ha) və Xocavənd (18.9 min ha) rayonlarında, ən çox arpa bitkisi Kürdəmir (34.5 min ha), Şəki (34.2 min ha), Neftçala (26.7 min ha), Biləsuvar (24.3 min ha), Ağsu (19.9 min ha), Goranboy (15.7 min ha) və Qobustan (14.6 min ha) rayonlarında səpilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4.6 faiz, o cümlədən buğdanın səpin sahəsi 9.9 faiz azalmış, arpanın səpin sahəsi 4.3 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər