15 C
Baku
Monday, April 22, 2024

Azərbaycanda pensiya amnistiyasının tətbiqinə başlanılıb

Azərbaycanda pensiya amnistiyasının tətbiqinə başlanılıb.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, pensiyaların hesablanmasında əsas səhvlər 2020-ci ilə qədər olub və pensiyaçılara artıq ödəmələr olub. “2020-ci ildən sonra avtomatlaşdırılmış pensiya təminatı genişləndiyinə görə səhv hesablamalar çox azdır. Pensiyaçıların 85-90 faizi artıq ödəmələrin geri qaytarılmasından azad olunacaq və onlara amnistiya tətbiq olunacaq. Ancaq bu amnistiyanın nə qədər pensiyaçını əhatə edəcəyi proses zaman məlum olacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclis 2022-ci il dekabrın 30-da keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi üçüncü oxunuşda qəbul edib.

Dəyişikliyə əsasən, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Belə ki, qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Əvvəlki qanunvericiliyə əsasən isə, artıq ödənilən bütün məbləğ bütün illər üzrə geri tutulurdu.

MənbəTrend
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər