29 C
Baku
Sunday, June 26, 2022

Azərbaycanda pensiya qanunvericiliyi dəyişdirilir

Fevralın 3-də Milli Məclisdə əmək pensiyalarının təyin olunması sisteminə dəyişikliklər barədə qanun layihəsinin müzakirələri başlayacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Qeyd edək ki, daha əvvəl nazir dəyişikliklər çərçivəsində əmək pensiyalarının baza hissəsi anlayışının və 12 illik staj tələbinin ləğv olunmasının nəzərdə tutulduğunu demişdi.

Hazırda hər bir sosial sığorta olunanın hesabında ödənilən məbləğin 50 faizi əks olunur, qalan məbləğ isə sistemin ümumi xərclərinə, o cümlədən pensiyaların baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir.

Nazir qeyd etmişdi ki, bu dəyişikliklər nəticəsində fərdi hesablara ödənişlərin bütün hissəsi daxil olacaq: “Bu dəyişikliklə vətəndaş pensiyanın həcminə görə özü məsuliyyət daşımış olacaq, yəni pensiyanın həcmi onun nə qədər qazanmasından asılı olacaq”.

Son xəbərlər
Oxşar xəbərlər