Azərbaycanda peşə təhsili 4 səviyyədə olacaq – Qanun dəyişdi

0

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun imzalayıb.

Qanunda aşağıdakı dəyişikliklər edilir:


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

1. 1.0.6-cı, 1.0.6-1-ci, 29.0.29-cu, 29.0.43-cü və 33.3.9-cu maddələrə, 36-2-ci maddənin adına, 36-2.1-ci, 36-2.2-ci və 36-2.4-cü maddələrə “ümumi təhsil” sözlərindən sonra “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə)” sözləri əlavə edilsin.

2. 1.0.40-cı maddəyə “orta ixtisas” sözlərindən əvvəl “yüksək texniki peşə təhsili səviyyəsində və” sözləri əlavə edilsin.

3. 2-ci maddəyə “Məktəbəqədər təhsil haqqında” sözlərindən sonra “, “Peşə təhsili haqqında” sözləri əlavə edilsin və həmin maddədə “Qanunundan” sözü “qanunlarından” sözü ilə əvəz edilsin.

4. 14.5.4-cü maddədə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə və “və tədris mərkəzləri (kompleksləri)” sözləri “mərkəzləri” sözü ilə əvəz edilsin.

5. 14.8-1-ci maddədə “və orta ixtisas” sözləri “, orta ixtisas və peşə” sözləri ilə əvəz edilsin.

6. 17.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“17.1.3. Peşə təhsili:

17.1.3.1. ilk peşə təhsili;

17.1.3.2. texniki peşə təhsili;

17.1.3.3. yüksək texniki peşə təhsili.”.

7. 19.6-cı, 29.0.25-ci və 35.2-ci maddələrdə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.

8. 20-ci maddənin adında və 20.3-cü maddədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin.

9. 20.1-ci maddədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin və həmin maddədən “sənətlər və kütləvi” sözləri çıxarılsın.

10. 20.2-ci maddədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə, “asılı olmayaraq” sözlərindən sonrakı “peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin və həmin maddədən “və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə-ixtisas dərəcələrinin verilməsi ilə başa çatır” sözləri çıxarılsın.

11. Aşağıdakı məzmunda 20.2-1-ci və 20.2-2-ci maddələr əlavə edilsin:

“20.2-1. Peşə təhsilinin səviyyələri aşağıdakılardır:

20.2-1.1. ilk peşə təhsili;

20.2-1.2. texniki peşə təhsili;

20.2-1.3. yüksək texniki peşə təhsili.

20.2-2. İlk peşə təhsilini bitirən məzunlara ilk, texniki peşə təhsilini bitirən məzunlara texniki, yüksək texniki peşə təhsilini bitirən məzunlara isə subbakalavr peşə-ixtisas dərəcəsi verilir.”.

12. 20.4-cü maddədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin, həmin maddəyə “qəbul olunanlar” sözlərindən sonra “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,” sözləri əlavə edilsin.

13. Aşağıdakı məzmunda 20.5-ci maddə əlavə edilsin:

“20.5. Azərbaycan Respublikasında peşə təhsilinin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

14. 29.0.9-cu maddədən “şagird və” sözləri çıxarılsın.

15. 32.3.14-cü maddədə “peşə-ixtisas təhsili pilləsində” sözləri “ixtisas təhsili pilləsində, peşə təhsili” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il.