12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycanda pilotsuz uçuş aparatlarından istifadəyə icazə verildi

Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçuş aparatlarının xüsusi icazə əsasında dövriyyədə olmasına icazə verilib.

Banker.azın APA-ya istinadən verdiyi məlumata görə, bu, Milli Məclisin plenar iclasında qəbul edilən “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, hazırda siyahıda 17 adda avadanlıq, silah, mal və məmulat var. Qanuna edilən dəyişikliklə həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçuş aparatları da daxil edilib.

Son xəbərlər
Digər xəbərlər