31 C
Baku
Saturday, July 20, 2024

Azərbaycanda polietilen çantaların mağazalarda pullu olması istehsalı azaldır

Azərbaycanda hökumətin mağazalarda polietilen kisələrin pulla satışı qaydasının tətbiqindən sonra ölkədə onların istehsalı daha da düşüb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2023-cü ilin ilk 4 ayı ərzində ölkə ərazisində 4 871.6 ton həcmində polietilendən kisə və çantalar istehsal edilib.

Bu da ötən ilin eyni dövründən 12.1% azdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.

Qayda 2023-cü il fevralın 15-dən etibarən qüvvəyə minib və mağazalarda polietilen torbalar pulludur. Marketlərdə polietilen torbalar ölçüsündən asılı olaraq 1, 3, 5, 10 qəpiyə satılır.

Ölkədə sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqlar illik 41.7% artımla 10 672.5 ton, butulkalar, flakonlar və oxşar məmulatlar 82.4% artımla 29 mln. 870.1 min ədəd təşkil edib.

Son xəbərlər
Digər xəbərlər