8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb

Aprel-may ayları Azərbaycanda pomidor sahələrinin sığortalanması dövrüdür. 

Banker.az Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, əkin sahələrinin sığortası mövsümidir və müəyyən vaxt ərzində həyata keçirilməlidir. Bu baxımdan pomidor əkinlərinin sığortası dövrü may ayının ortalarına qədər davam edəcək. Fermerlər əkinlərin yerləşdiyi regiondan asılı olaraq həmin tarixlərədək pomidor əkinlərini sığortalaya, bu sahədəki məhsul və gəlirlərini risklərdən qoruya bilərlər.  

Əkinlərini sığortalamaq istəyən fermerlər şərtlərlə Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə müraciət etməklə və ya www.asf.gov.az rəsmi səhifəsi vasitəsilə tanış ola, “Sığorta kalkulyatoru” bölməsini seçərək sığorta haqqını özləri də hesablaya hesablaya bilərlər.

Son xəbərlər
Digər xəbərlər