18 C
Baku
Thursday, May 23, 2024

Azərbaycanda POS-terminalların sayı bir aya 1.6 min ədəd azalıb

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 2.6%, POS-terminalların sayı 15.9% artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2023-cü ilin aprel ayına ötən ay ilə müqayisədə Azərbaycanda bankomatların sayı 7 ədəd azalaraq 3075 ədəd, POS-terminalların sayı isə 1 611 ədəd azalaraq 79 118 ədəd təşkil edib.

Bankomatların 1599 ədədi Bakıda, 1476 ədədi regionlarda, POS-terminalların isə 54 647 ədədi Bakı şəhərində, 24 471 ədədi regionlarda yerləşir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər