26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda “Premium” və “Super” markalı benzin bahalaşıb

Sentyabr ayının 15-dən etibarən “A-98 SUPER” və “A-95 PREMİUM” markalı yanacaq növlərinin qiymətində artım baş verib.

“SOCAR-Petroleum”dan “APA-Economics”ə verilən məlumata görə, beləliklə, hazırda “A-98” 1,90 manata, “A-95” isə 1,60 manata satılır.

“Mənbə ölkədə qiymət artımı ilə əlaqədar olaraq ölkəyə idxal olunan “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin qiymətində artım baş verib”, – şirkətdən bildirilib.

Qeyd edək ki, bundan öncə “A-95 PREMİUM”un 1 litrinin qiyməti 1,45 manat, “A-98 SUPER” markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər