25 C
Baku
Saturday, June 22, 2024

Azərbaycanda problemli kreditlər azalmaqda davam edir

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği ötən il dekabrın 1-nə 1 688,7 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən, bu, noyabrın 1-i ilə müqayisədə 0,6% azdır.

Ötən ilin əvvəlinə nisbətən vaxtı keçmiş kreditlər 3,8% artıb, əvvəlki il dekabrın 1-nə nisbətən isə 10,7% azalıb.

Noyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 13,4% təşkil edib. Bu nisbət oktyabrın sonuna 13,8%, əvvəlki ilin sonuna 13,8%, əvvəlki il noyabrın sonuna isə 15,5% təşkil edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər