31 C
Baku
Thursday, August 11, 2022

Azərbaycanda problemli kreditlər yenidən artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 695,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən, bu, ilin əvvəli ilə müqayisədə 69,2 mln. manat və yaxud 4,25% çoxdur.

Son 1 ildə isə problemli kreditlər 62,8 mln. manat və yaxud 3,85% artıb.

Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,5% təşkil edib. Bunu nisbət ilin əvvəlində 13,8%, ötən il yanvarın sonunda isə 9,8% olub.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər