13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Azərbaycanda problemli kreditlərin səviyyəsi tarixi minimuma düşüb

Azərbaycanda bankların kredit portfelində vaxtı keçmiş kreditlər azalıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2021-ci ilin 1 noyabr tarixinə bankların kredit portfelinin həcmi 16 milyard 415.9 milyon manat olmuşdur. Bu da son bir ayda  2.87% və 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11.02% artım deməkdir.

Vaxtı keçmiş kreditlərin həcmi 1 noyabr tarixinə 815.9 milyon manat olmaqla cəmi portfelin 4.97%-ni təşkil edib. İllər üzrə götürdükdə 2013-cü ildən bu tərəfə qeydə alınan ən aşağı göstəricidir. AMB-nin məlumatına görə, ən aşağı göstəricidir. 2013-cü ildə bu göstərici 5.14% idi.

Qeyd edək ki, problemli kreditlərin cəmi portfeldə payı 2020-ci ilin  noyabrında 6.81%, cari ilin əvvəlində 6.15%, oktyabrın əvvəlində isə 5.46% təşkil edirdi.

 

Son xəbərlər
Oxşar xəbərlər
X