28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda qənd və şəkər sənayesi sıfıra doğru iri addımlarla irəliləyir

Azərbaycanda qənd və şəkər tozu istehsalının həcmi sıfıra yaxınlaşmaq üçün iri addımlarla irəliləməkdədir.

Banker.az xəbər verir ki, 2021-ci ilin yanvar ayı ərzində Azərbaycanda cəmi 300 ton həcmində qənd və şəkər tozu istehsal edilib. 2020-ci ildə qeydə alınan rəqəmə nəzər salsaq, bu ilkindən 7 dəfə daha çox istehsal edildiyini müəyyən edə bilirik.

Azərbaycanda qənd və şəkər tozunun istehsal həcmi 2019-cu ildə öncəki ilə müqayisədə 40% artım dinamikası ilə 272.2 min tona qədər yüksəlsə də, növbəti ildə istehsal demək olar ki, əsas mövsümi aylarda belə azalmaqla illik cəmi 246.5 min ton həcmində istehsal təşkil etmişdi.

Əslində yanvar ayında istehsalın həcmi az olsa da öncəki illərdəki göstəricilərdə xeyli yüksək rəqəmlər qeydə alınmışdı. Məsələn, 2019-cu ilin yanvar ayı ərzində 19.8 min ton, 2020-ci ilin müvafiq dövründə isə 2.1 min ton qənd və şəkər tozu istehsal edilmişdi.983784920 1

Son xəbərlər
Digər xəbərlər