10 C
Baku
Saturday, December 21, 2024

Azərbaycanda qadınların orta aylıq əməkhaqqı nisbətinin 80%-ə çatdırılması nəzərdə tutulub

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, əsas prioritetlərdən biri məhs qadınların cəmiyyətdə iqtisadi fəallığının artırılmasıdır.

Bunu “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq va imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DÍM Dialoqunda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

O bildirib ki, əsas məqsədlərdən biri onların yüksək əməkhaqqı olan iqtisadi sahələrdə məşğulluğunun təşviqi, peşə yönümü, karyera məsləhəti və digər aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi yolu ilə qadınların iqtisadi imkanlara çıxışının artırılmasıdır.

“Strategiya həmçinin, qadınlar üzrə orta aylıq əməkhaqqının kişilər üzrə orta aylıq əməkhaqqına nisbətinin 2021-ci ildəki 65.8%-dən 80%-ə çatdırılmasını nəzərdə tutur”- nazir müavini əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər