12 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda qara pomidor yetişdirilir – Foto

Karvan L Eko MMC- nin Ağstafa rayonunda yerləşən istixanasında becərilən məhsullar orqanik şəraitdə və bu sahədə qəbul olunmuş qaydalar əsasında yetişdirilir.

Azərbaycanda qara pomidor  yetişdirilirMüasir kulinariyada pomidor ən çox istifadə olunan tərəvəzlərdən biridir. Bu tərəvəz əvvəllər təkcə yaz və yay aylarında hər bir süfrənin əvəzedilməz atributu olsa da, hal- hazırda istixanamızın əsas məqsədi il boyu əhalini ekoloji təmiz məhsulla təmin etməkdir.

Əkin üçün seçilmiş torpaqlar şirkətin laboratoriyasında analiz edilir və tam aqrokimyəvi göstəricilərə uyğundur.Yetişdirilən məhsullar dağ suyu ilə suvarılır.  Bitkiləri tozlandırmaq üçün arılardan istifadə olunur. Bitkilərin qidalı mühitdə yetişməsi üçün torpaq davamlı olaraq təbii gübrələrlə münbitləşdirilir.

Karvan%20019

Şirkətdən  daxil olan məlumata görə, pomidor meyvələri makro və mikro elementlərlə zəngindir. Bu elementlər insan immunitetini gücləndirməklə yanaşı, organizmə hərtərəfli müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, son dövrlərdə alimlərin apardıqları tədqiqatların nəticəsində pomidor meyvələrinin xərçəng, böyrək daşı, ürək və damar xəstəliklərinin profilaktik müalicəvi xüsusiyyətə malik olması aşkarlanıb.

Pomidorun tərkibində olan ən əsas antioksidant xassəli maddə likopindir. Bu maddə insan orqanizmində xəstəliyə yol aça biləcək sərbəst radikalları məhv edir. Pomidor meyvələrində B9 (Foli turşusu), A(karotin), C (askorbin turşusu), PP(nikotin turşusu), B 1(tiamin) və B 2 ( riboflavin) vitaminləri mövcuddur. Pomidor qida məhsulu kimi orqanizmdə yaratdığı enerji (160-200kkal/ kq) çox olmasa da, insan üçün faydalılığı tərkibində olan bioloji aktiv maddələrlə və mineral duzlarla zənginliyindədir. Belə ki, bir stəkan pomidor şirəsində sadəcə 30 kalori və 0.5 qram yağ var.

20190514 120941(1)

Hazirda pomidorun Kumato və Pink Paradise sortları şirkətimiz tərəfindən yetişdirilir. Qara rəngi ilə seçilən pomidor kateqoriyasina aid olan Kumato sortu özünəməxsus dadi ilə bütün dünyada məşhurdur. Onun meyvələrində şəkərin miqdarı yüksək olub, meyvələrin dad keyfiyyəti şəkər-turşu nisbətində harmoniya təşkil edir. Yuxarıda qeyd edilən müsbət xüsusiyyətlərinə əlavə olaraq, antosianlar immun sisteminin fəaliyyətini sürətləndirir, qan damarlarını gücləndirir və bədəndəki şişkinlikləri azaldır.

qarapomidor

00001 1
20190514 121016
20190515 155237

Son xəbərlər
Digər xəbərlər