16 C
Baku
Wednesday, October 23, 2024

Azərbaycanda qeyri-adi dollarlar peyda olub

Sosial şəbəkələrdə üzərinə mavi möhür vurulmuş dollar banknotlarının şəkilləri peyda olub. Bu banknotlar Azərbaycan banklarından birindən əldə edilib. İlk olaraq heç bir problem yaşanmasa da, xarici ölkəyə yollandıqda bəzi banklar daxili qaydalarına əsaslanaraq belə pulları qəbul etməkdən imtina edib.

Banker.az VzglyadAz saytına istinadən xəbər verir ki, yerli banklardan biri qeyd edib ki, Azərbaycan bankları dollar banknotları üzərinə möhür vurmur. Belə bir hal ərəb ölkələrində tətbiq edilir və Azərbaycanda ərəb turistlərin sayının artması nəticəsində bu cür möhürlü banknotlar kütləvi dövriyyəyə qarışıb. Bank əməkdaşı həmçinin qeyd edib ki, sözügedən belə banknotlar adi ödəniş vasitəsidir və həm Azərbaycanda, həm də xarici ölkələrdəki banklarda qəbul edilməlidirlər. 20992988 1531084883604370 7284908474357045524 n 1503566363

Azərbaycan Mərkəzi bankının mətbuat xidmətindən isə bildirilib ki, valyuta ilə bağlı istənilən problem zamanı Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət palatasına müraciət etmək mütləqdir.21034408 1531084850271040 1519850995733354071 n 1503566356

Son xəbərlər
Digər xəbərlər