14 C
Baku
Tuesday, April 16, 2024

Azərbaycanda qiymət artımları dayanmır – İyunda inflyasiya 12.9% oldu

2022-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyun aylarına 12.9 faiz olub.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.3 faiz çox təşkil etmişdir. Cari ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.1 faiz az, əvvəlki ilin iyun ayına nisbətən 14.2 faiz çox təşkil edib.

2022-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz az, əvvəlki ilin iyun ayına nisbətən 20.6 faiz çox təşkil edib.34534534534543543534543543

Son xəbərlər
Digər xəbərlər