31 C
Baku
Monday, July 15, 2024

Azərbaycanda qiymətlər son ayda artmağa başladı – İllik 1.1% inflyasiya!

Azərbaycanda 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən 1.1 faiz olub.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu mayda 0.3 faiz idi.

Azərbaycan Mərkəzi Bankı pul-kredit siyasəti ilə bağlı qərarlar qəbul etdikdə ən çox önəm verdiyi iqtisadi göstəricidir. Mərkəzi Bank pul siyasətində illik inflyasiya hədəfini 2%-6% aralığında müəyyən edib. Hazırda inflyasiya Mərkəzi Bankın hədəf çərçivəsindən aşağıdır, lakin artım templə gedir. Tənzimləyici son iclasda uçot faiz dərəcəsini dəyişməz saxladı.

Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0.2 faiz, qeyriqida məhsulları üzrə 1.0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2.4 faiz təşkil üsib. 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.1 faiz az, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0.7 faiz çox təşkil edib.

2024-cü ilin iyun ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99.6 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99.4 faiz təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər