Azərbaycanda qızıl balıq zavodunun yeni sahibi cərimələnir

Qəbələdə qızıl balıq istehsalçısı olan zavodun sahibi cərimələnir. Dövlət Gömrük Komitəsi “Azerbaijan Fish Farm” MMC barəsində cərimə protokolu tərtib edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərib.

Banker.az xəbər verir ki, şirkət barəsində 25 iyun 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Dövlətə məxsus olan “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmləri 2019-cu ildə hərraca çıxarılmışdı. Hərracın komissiya üzvləri arasında açıq səsvermə yolu ilə “Azerbaijan Fish Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Həmin tarixdə keçirlən hərracla bağlı xəbərlərin birində qeyd edilir ki (fed.az saytı), qalib şirkət “Azerbaijan Fish Farm” “PAŞA Holdinq” MMC-yə daxildir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.