Azərbaycanda qızıl mədənini həyata keçirən “Anglo Asian Mining PLC” şirkətinin xalis pul vəsaiti 1 aprel 2020-ci il tarixinə 26 mln. dollara çatıb.
Bu barədə Banker.az şirkətin 1-ci rüb maliyyə hesabatına istinadən xəbər verir.
Şirkətin xalis vəsaiti ilk rübün əvvəli ilə müqayisədə sonu 4,8 mln. dollar artıb. Rübün əvvəli mədən şirkətinin xalis vəsaitləri 21,2 mln. dollar idi.