27 C
Baku
Sunday, July 21, 2024

Azərbaycanda rəqabətin inkişafı üçün Milli Fəaliyyət Planı hazırlanıb

Azərbaycanda Rəqabət Məcəlləsi ilə yanaşı rəqabətin inkişafı və inhisarçı fəaliyyətin qarşısının alınması üçün 2024-2026-cı illər üzrə Milli Fəaliyyət Planı hazırlanıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakıda keçirilən I Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, sənəd hökumətdə razılaşdırma mərhələsindədir: “Plan təsdiqləndikdən sonra rəqabətlə bağlı qanunvericiliyinin mənimsənilməsi, bu məsələnin mədəniyyət formasına keçməsi üçün vacib alətə çevriləcək. Milli Fəaliyyət Planının tətbiq edəcəyi mexanizmlər çoxdur. Bu planda nəinki rəqabət orqanının, bütün dövlət qurumlarının üzərinə rəqabətin təşviqi və inhisarçılığın qarşısının alınması üzrə konkret vaxtlar üzrə öhdəliklər qoyulacaq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər