21 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda repo əməliyyatlarında rekord göstərici

15 iyul 2019-cu il tarixində Bakı Fond Birjasının (BFB) ticarət platformasında 78,6 mln. manat məbləğində repo əməliyyatı baş tutmuşdur. Qeyd edilməlidir ki, bu nəticə 2014-cü ildən BFB-nin ticarət sistemində bir gün üzrə aparılan repo əməliyyatları üzrə rekord göstəricidir. Ümumilikdə, 2019-cu il yanvar-iyun ayları üzrə repo əməliyyatlarının ümumi məbləği 437.8 mln. manat təşkil etmişdir.

Repo əməliyyatlarında son iki il ərzində əhəmiyyətli artım tempi müşahidə olunmuşdur. Belə ki, 2017-ci ilin birinci yarısında repo əməliyyatlarının ümumi məbləği 11,6 mln. manat, 2018-ci ilin eyni dövrə üzrə bu göstərici 466,2 mln. manat olmuşdur.

Repo predmeti kimi Maliyyə Nazirliyi tərəfindən emissiya olunan dövlət istiqrazlarına tələb yüksək qalmaqdadır, eyni zamanda dövr ərzində Mərkəzi Bankın notları və korporativ istiqrazlar üzrə də repo əqdləri həyata keçirilmişdir. Belə ki, 2019-cu ilin ilk yarımili üzrə dövlət istiqrazlarının payı 60.7% (265,7 mln. manat), Mərkəzi Bankın notlarının payı 37.7% (165,2 mln. manat), ARDNŞ istiqrazların payı isə 1.6% (4,1 mln. ABŞ dolları) təşkil etmiştir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər