13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Azərbaycan iqtisadiyyatında ressesiya 3.2%-ə yüksəldi

faizlere

2021-ci ilin yanvar-fevral aylarında ölkədə 12 019.0 milyon manatlıq (12.02 mlrd manat) ümumi daxili məhsul istehsal olunub. Bu barəəd banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.

Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3.2 faiz az

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7.5 faiz, qeyri neft-qaz sektorunda isə 0.4 faiz azalmışdır.

ÜDM istehsalının 41.2 faizi sənaye, 10.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8.1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4.7 faizi tikinti, 3.1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi informasiya və rabitə, 0.7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19.9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 1 201.6 manata bərabər olmuşdur.

Azərbaycanda hökumət 2021-ci il üçün 3 ssenaridə: neftin bir barelinin qiymətinin 35, 40, 45 ABŞ dollarını (və Brent nefti) nəzərdə tuturdu. Ən pis ssenaridə ÜDM həcmi 2021-ci il üçün 3%, orta ssenaridə 3.4% və ən yüksək ssenaridə 3.8% böyüyəcəyi proqnoz edilir.

23456

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər