33 C
Baku
Saturday, July 20, 2024

Azərbaycanda restoran və kafelərdə iş rejimi azaldıldı

Azərbaycanda restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilib.

“Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir.

Eyni zamanda restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilib.

Bununla yanaşı, Azərbaycanda saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılıb.

Son xəbərlər
Digər xəbərlər