24 C
Baku
Sunday, July 14, 2024

Azərbaycanda Rusiyanın xüsusi gömrük orqanı yaradılır

Xudat iri ərzaq qovşağı layihəsi çərçivəsində Azərbaycan ərazisində Rusiyanın xüsusi gömrük orqanı yaradıla bilər.

Bu barədə Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Azərbaycanda Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünü təmin edəcək böyük Xudat ərzaq qovşağının yaradılması üçün ayrıca layihə fəal şəkildə inkişaf edir. Həmçinin, bilavasitə terminalda xüsusi gömrük orqanının yaradılması nəzərdə tutulur. Bu isə gömrük əməliyyatlarının əsas hissəsini müvafiq mallar ərazimizə gələnə qədər həyata keçirməyə imkan verəcək”, – məlumatda deyilir.

Son xəbərlər
Digər xəbərlər