24 C
Baku
Sunday, July 6, 2025

Azərbaycanda səfər sığortası üzrə ödənişlər kəskin azalıb

Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmaları bu ilin yanvar-iyul aylarında 1 milyon 309 min manat olub.

Banker.az Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən xəbər verir ki,  bu, illik müqayisədə 53% artıb. Belə ki, ötən ilin ilk yeddi ayında xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 853 min manat təşkil etmişdir.

Xaricə səfər edən vətəndaşların sığortası ödənişlərinə gəlincə, cari ilin yeddi ayında bu rəqəm 95 min manat təşkil edib ki, bu, da illik  müqayisədə 60% azdır. Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında bu sığorta növü üzrə ödənişlər 235 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər