Azərbaycanda şəhərlərarası avtobuslar saat 20:00-dək işləyəcək

Azərbaycanda komendant saatı səbəbindən şəhərlərarası avtobusların hərəkəti bu gündən etibarən saat 6:00-dan 20:00-dək təşkil ediləcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova  bildirib ki, qərar həm regionlar, həm də Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslara aiddir.

“Səbəb ondan ibarətdir ki, ictimai nəqliyyat sürücülərinin idarə etdikləri avtobusları qaraja qoyduqdan sonra evlərinə qayıtmalarına vaxt tələb olunur”, – deyə N. Allahyarova bildirib.