24 C
Baku
Wednesday, August 17, 2022

Azərbaycanda səhm bazarı böyük fərqlə kiçilib

Azərbaycanda qiymətli kağızlar bazarında səhmlərin ilkin və təkrar dövriyyəsinin həcmi azalıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, korporativ qiymətli kağızlar olan səhmlərin dövriyyəsi 2020-ci ilin yanvar-sentyabr ayları ərzində 145 mln. manat və ya 36 faiz daha az olmaqla 256.4 mln. manat olub.

Səhmlərin 148.4 mln. manatı (1 564 əqd) ilkin emissiya edilmiş səhmlər, 108 mln. manatı (66 əqd) isə təkrar dövriyyədə olan səhmlər olmuşdur.

Qeyd etməliyik ki, 2019-cu ilin analoji dövründə 239.7 mln. manatlıq (50 əqd) ilkin səhmlər və 161.7 mln. manatlıq (1 709 əqd) isə təkrar dövriyyədə olan səhmlər olmuşdur.

Son xəbərlər
Oxşar xəbərlər