31 C
Baku
Wednesday, July 24, 2024

Azərbaycanda səhmdar cəmiyyət yaranmış maddi çətinliklərlə əlaqədar ləğv edilir

26 noyabr 2022-ci il saat 11.00-da “Yev­lax Nəqliyyat” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakılar daxildir:

1. ASC-nin idarəetmə orqanlarının 2021-ci ilə dair maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.

2. İllik hesabatların təsdiq edilməsi.

3 Təşkilati məsələ: ASC-nin idarəetmə orqanlarının seçilməsi.

4. Yaranmış maddi çətinliklərlə əlaqədar ASC-nin ləğv edilməsi barədə.

Ümumi yığıncağın gündəliyinə aid ma­teriallarla tanış olmaq üçün iş günləri ASC rəhbərliyinə müraciət etmək olar. Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Nəzərinizə çatdırırıq ki, ASC uzun müddətdir fəaliyyət göstərməmiş və hazır­da da fəaliyyət göstərmir. Bu barədə keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi­nin 11 saylı Ərazi Vergilər İdarəsindən müva­fiq rəsmi sənəd vardır.

Ünvan – Yevlax rayonu, Aran qəsəbəsi, ASC-nin inzibati binasıdır.

Son xəbərlər
Digər xəbərlər