23 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Azərbaycanda şəkər çuğundurunun güzəştli sığortası başlayıb – MƏBLƏĞLƏR

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə şəkər çuğunduru sahələrinin sığortalanması şərtləri açıqlanıb. Aqrar Sığorta Fondu bildirir ki, fermerlər və iş adamları 2021-ci ildə şəkər çuğunduru sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. 

Hazırda şəkər çuğunduru Azərbaycanın əksər rayonlarında, xüsusilə Tovuz, Şəmkir, Hacıqabul, Beyləqan, İmişli, Füzuli, Biləsuvar və digər bölgələrdə əlilir. Şəkər çuğunduru sahələrinin sığortalanması zamanı bitkinin  məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq. 

Qaydalara əsasən, hesablama aparılması üçün şəkər çuğundurunun 1 hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, çuğundurun bir hektar üçün məhsuldarlıq norması 8-930 sentner arasında, qiymət isə 30-60 manat/sentner arasında  müəyyən edilib.

Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir: 

Məhsuldarlıq (Sentner/ha) Qiymət 

(AZN/ Sentner)

Minimum 8 30
Maksimum 930 60

Şəkər çuğunduru sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir: 

Misal: Beyləqanda əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 200 sentner, 1 sentner məhsulun bazar qiyməti 30 manat olduqda 

Sığorta məbləği = 4 x 200 x 30 = 24 000 manat müəyyən edilir. 

Qaydalara görə, aqrar sığorta çərçivəsində şəkər çuğundurunun sığortalanması üçün 2 sığorta zərfi təklif edilir. 

Bunlardan birincisi – əksər riskləri əhatə edən “baza zərfi”, digəri isə əlavə riskləri əhatə edən zərfdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə fərqlənirlər. 

Birinci, “baza zərfi”ndə azadolma məbləği 10%-dir. Bu zərf şəkər çuğundurunu dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.  

1-ci sığorta zərfinə aşağıdakı risklər aiddir: 

dolu; 

yanğın; 

zəlzələ; 

torpaq sürüşməsi; 

qasırğa; 

fırtına; 

üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

2-ci sığorta zərfi

İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir. Bu zərf şəkər çuğundurunu bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur. 

2-ci sığorta zərfinə aid risklər: 

bitki xəstəlikləri və zərərvericilər; 

xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

Bu sığorta zərflərinin seçilməsi fermer və ya çuğundur sahəsinin sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da əlavə olaraq 2-ci zərfi də seçə bilərlər. Yəni, baza zərfi seçilmədən 2-ci zərf seçilə bilməz. 

Şəkər çuğundurunun sığortalanması üçün tariflər və sığorta haqları 

Şəkər çuğundurunun sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları bitkinin məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, bölgələrdən də asılı olaraq dəyişir. Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir. 

Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:

 

1-ci (baza) sığorta zərfi 2-ci sığorta zərfi
İqtisadi rayonlar dolu; 

yanğın; 

zəlzələ; 

torpaq sürüşməsi; 

qasırğa; 

fırtına; 

üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

bitki xəstəlikləri və zərərvericilər; 

xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

Azadolma  10 % 30%
Gəncə-Qazax 6,48% 2%
Aran 2,10% 2%
Quba-Xaçmaz 1,76% 2%
Şəki-Zaqatala 4,30% 2%
Dağlıq Şirvan 3,00% 2%
Lənkəran 1,76% 2%
Abşeron 1,76% 2%
Yuxarı Qarabağ 2,62% 2%

 

Göründüyü kimi, şəkər çuğundurunun sığortası üzrə ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır. 

Ayrı-ayrı  şəkər çuğunduru sahəsinin sığortalanması üçün sığorta haqqı belə hesablanır: 

Misal 1: Beyləqanda əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 200 sentner, 1 sentner məhsulun bazar qiyməti 30 manat olduqda 

Sığorta haqqı = 24 000 manat X 2,10% = 504 manat təşkil edir. 

 

Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir. Nəticədə ümumi dəyəri 24 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 252 manat və ya hər hektara cəmi 63 manat ödəyir. 

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.

Fermerlərə sığorta haqqı güzəştləri

Şəkər çuğunduru sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Belə ki, sığortalanmış məhsulun yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir. 

Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək. 

Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər. 

 

Şəkər çuğunduru sahələrinin sığortalanması üçün müraciətlər başlayıb  

Aqrar Sığorta Fondundan verilən məlumata görə, şəkər çuğunduru sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb. Fermerlər və iş adamları şəkər çuğunduru sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu martın 5-dək davam edəcək. 

Martın 5-dək edilən müraciətlərdə şəkər çuğunduru sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. Martın 5-dən aprelin 5-dək olan dövrdə edilən müraciətlər zamanı isə şəkər çuğunduru sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək. 

Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar – buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər