19 C
Baku
Sunday, May 19, 2024

Azərbaycanda sənədlərin doğruluğunu yoxlamaq üçün yeni tətbiq yaradılıb

“Mygov” qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar “Mygov” portalı (www.my.gov.az) vasitəsilə dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcəklər.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini qurumun 2023-cü iIin hesabatı və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında Rəşad Xalıqov deyib.

Onun sözlərinə görə, “Mygov” portalının məqsədi reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir.

“2023-cü ildə “Mygov” platformasının yeni versiyası hazırlanıb. 4 portal (e-gov.az, mygov, rih.gov.az, e.rabita az) funksionallıqla vahid platformada birləşdirilib. Platforma həm veb, həm də mobil versiyada fəaliyyət göstərir. Platformada 3 həyat hadisəsi üzrə xidmətlər sadələşdirilib; valideyn olmaq, ailə qurmaq, ailə üzvünün vəfatı. Həmçinin rəqəmsal sənədlər bölməsində sənəd əlavə etmək imkanı yaradılıb; şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, sürücülük vəsiqəsi. Hüquqi əsasın təmin olunması üçün sənədlər paketi hökumətə təqdim olunub, yekun təsdiq gözlənilir”, – deyə R.Xalıqov əlavə edib.

İRİA-nın sədr müavini bildirib ki, bu il ərzində digər dövlət qurumlarının proqramın altsisteminə inteqrasiyası nəzərdə tutulub. Həmçinin bir neçə özəl subyektin altsistemə inteqrasiyası planlaşdırılır: “Altsistemin Rəqəmsal Hökumət Platforması ilə inteqrasiyası nəticəsində vətəndaş və dövlət qurumları arasında elektron sənəd mübadiləsinin təmin edilməsi əldə olunacaq. Həmçinin məlumatların QR kod vasitəsilə paylaşılması imkanı yaradılıb, sənədlərin doğruluğunu yoxlamaq üçün “Mygov Checker” tətbiqi yaradılıb, sorğulanan fərdi məlumatların vətəndaş tərəfindən icazəsinin idarə edilməsi təmin edilib”.

Sədr müavini onu da əlavə edib ki, bu il “Mygov” platformasında həyat hadisələrinin sayının 7-ə çatdırılması hədəflənib:

1.Qarabağa qayıtmaq

2. İş axtarmaq

3. Daşınmaz əmlak almaq

4. Təqaüdə çıxmaq

5. Rəqəmsal icazənin İdarə edilməsi (Consent Management) təmin edilməsi

6. Vətəndaşın platforma üzərindən dövlət qurumlarına elektron sənəd göndərməsinin təmini

7. Dövlət ödənişlərinin və müavinətlərinin alınması və ödənilməsinin mygov üzərindən idarə edilməsi

R.Xalıqov qeyd edib ki, həmçinin platformada məlumatlandırma (“Citizen Inbox”) sisteminin formalaşdırılması planlaşdırılır, eləcə də “SİMA imza”sı ilə inteqrasiyanın təmin edilməsi nəzərdə tutulub.

“Mygov”da 2024-cü ilin 1-ci rübündə vətəndaşlar üçün xidmətdən məmnuniyyət və rəy modulu yaradılıb. Həmçinin onlayn çat xidməti aktiv edilib. “Mygov” Rəqəmsal sənədlər bölməsində yeni sənədlər (məlumatlar) əlavə edilib; övladlarımın ümumvətəndaş pasportu məlumatları (0-16 yaş), şəhid ailəsi üzvü vəsiqəsi üzrə məlumatlar, əmək veteranı vəsiqəsi üzrə məlumatlar, övladlarımın cari ümumi təhsili haqqında məlumatlar, müharibə veteranı vəsiqəsi üzrə məlumatlar, DYP cərimə balı, texniki baxış talonu məlumatları, peşə təhsili sənədləri haqqında məlumatlar, stasionar telefon məlumatlarına borc və ünvan məlumatları”, – deyə R.Xalıqov bildirib.

R.Xalıqov vurğulayıb ki, fəaliyyətə başladığı gündən bu günə qədər 726 milyondan çox məlumat mübadiləsi həyata keçirilib: “Məlumat mübadiləsinin həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 70 faiz artaraq 372 milyon olub. 140 10 informasiya sistemi, 67 qurum qoşulub. Məlumat mübadiləsi əməliyyatları təhlükəsiz və tam şifrələnmiş kanal vasitəsilə həyata keçirilir. Həmçinin 2024-cü ilin birinci rübündə Milli Məlumat Mübadiləsi sistemi vasitəsilə vahid interfeysin demosu hazırlanıb. 70 informasiya sistemindən 15-i “x-road” üzərindən “Digital Bridge” sisteminə miqrasiya edilib”.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər