27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda sənaye istehsalçıları üçün qiymətlər yanvarda artıb

Azərbaycanda sənaye üzrə istehsalçıların qiymətləri indeksi (Producer Price Index) 2023-cü ilin yanvarında aylıq ifadədə 0.6%, illik ifadədə isə 4.7% təşkil edib.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinad edir.

Qeyd edək ki, PPI – istehsalçıların satdıqları mal və xidmətləri üzrə qiymətlərin dəyişməsini göstərən indeksdir.

Dekabr ayında istehsalçı qiymətləri indeksi aylıq 7.9% azalmışdı və yanvar ayında 0.6% əslində şirkətlər üçün yenidən xərclərin artmasını göstərən indeksdir.  Bu xərclərin artması gələcək zamanda ölkədə inflyasiya qiymətlərinin artmasını dəstəkləyir.

Lakin bir faktı qeyd edək ki, 2022-ci ilin ilk ayında sənaye üçün PPI 11% artım göstərmişdi.

Ən böyük qiymət artımları isə metal filizlərin hasilatı 2.7% olmaqla metal filizi hasilatında qeydə alınıb.

Ölkə pərakəndə ticarət dövriyyəsinin 50%-dən çoxunu təşkil edən qida məhsullarının istehsalı indeksi isə 1.1% azalıb.

Xatırladaq ki, yanvarda istehlak qiymətləri indeksi ərzaq üçün 1.3% artıb.

İqtisadi fəaliyyət növləri üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi
(əvvəlki aya nisbətən, faizlə)
Yanvar
Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 100.6
       neft-qaz sənayesi 100.8
       qeyri neft-qaz sənayesi 99.7
Mədənçıxarma sənayesi 101.3
xam neft və təbii qaz hasilatı 101.3
metal filizlərin hasilatı 102.7
daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı 100.2
Emal sənayesi 98.9
qida məhsullarının istehsalı 99.3
içki istehsalı 100.7
tütün məmulatlarının istehsalı 100.2
toxuculuq sənayesi 98.3
geyim istehsalı 99.7
dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı 100.0
ağac emalı və ağacdan məmulatların istehsalı 100.0
kağız və karton istehsalı 100.0
poliqrafiya fəaliyyəti 100.2
neft məhsullarının istehsalı 97.0
kimya sənayesi 98.9
əczaçılıq məhsullarının istehsalı 100.0
rezin və plastik kütlə məmulatlarının istehsalı 100.3
tikinti materiallarının istehsalı 100.0
metallurgiya sənayesi 100.3
maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı 99.8
kompüter və digər elektron avadanlıqların istehsalı 100.1
elektrik avadanlıqlarının istehsalı 100.0
maşın və avadanlıqların istehsalı 100.0
avtomobil və qoşquların istehsalı 100.0
mebel istehsalı 100.0
zərgərlik məmulatları, musiqi alətləri, idman və tibb avadanlıqlarının istehsalı 101.1
maşın və avadanlıqların quraşdırılması və təmiri 102.1
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 100.0
Su təchizatı; tullantıların təmizlənməsi və emalı 100.0

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər