16 C
Baku
Wednesday, May 22, 2024

“Azərbaycanda sənaye parklarının rezidentləri 460 mln. manata qənaət ediblər”

Bu günə qədər Azərbaycandakı sənaye parklarının rezidentləri 460 milyon manatdan çox vəsaitə qənaət ediblər.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, Agentliyin idarəçiliyində olan sənaye parklarında tətbiq edilən ƏDV və gömrük güzəştləri nəticəsində mümkün olub.

“Sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılıb. Belə ki, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergiləri, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar”, – deyə sədr əlavə edib.

S. Adıgözəlov vurğulayıb ki, sənaye parklarında məhsul istehsalı hər il artır: “10 il ərzində sənaye parklarında məhsul istehsalının dəyəri 11.4 dəfə artaraq 3.1 milyard manata yaxın olub. Sənaye parkları işçilərin məşğulluq səviyyəsinin artırılmasında mühüm rol oynayır. İşlə təmin olunma statistikasına baxdıqda böyük artımın baş verdiyinə şahid olarıq. Belə ki, işçi sayı qeyd etdiyim dövr ərzində 27 dəfədən çox artıb”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər