Azərbaycanda şərab şirkətinin gəlirləri kəskin azalıb

“Göyçay Şərab” ASC 2018-ci ili 408 min manat xalis mənfəət ilə başa vurub. 2017-ci ildə isə bu şirkətin xalis mənfəəti 86 min 848 manat təşkil edib. Belə ki, 2018-ci ildə şərab şirkətinin xalis mənfəəti 5 dəfəyə yaxın artıb.

Banker.az bu barədə şərab şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

 2018-ci ildə “Göyçay Şərab” şirkətinin cəmi aktivləri 2017-ci illə müqayisədə 25% azalaraq 6 milyon 966 min manat, cəmi öhdəlikləri isə 40% azalaraq  3 milyon 895 min manat olub. Ötən il bu şirkətin cəmi kapitalı 3 milyon 71 min manat təşkil edib.

Ötən il “Göyçay Şərab” ASC-nin əsas əməliyyat gəlirləri  2017-ci ilə nisbətən 4 dəfə azalaraq  4 milyon 414 min manat olub. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları